İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin pilotsuz təyyarəsi ilk uçuşunu edib - “Bayraktar Kızılelma” göylərdə - VİDEO

2190 03.12.2022 23:55 Gündəm A A

Türkiyənin ilk reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçusunu həyata keçirib.

Musavat.com-un xəbərinə görə, bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar məlumat verib.

Qeyd edək ki, “Bayraktar Kızılelma” bir çox xüsusiyyətləri ilə diqqət çəkir. Təyyarənin xüsusiyyətlərinə 1500 kiloqram faydalı yük, qabaqcıl xüsusiyyətlər, avtomatik qalxma və enmə, aşağı görünürlük, yüksək manevr qabiliyyəti, görüş xətti və baxış xəttindən kənar rabitə, AESA radarı ilə yüksək situasiya məlumatlılığı daxildir.

Musavat.com bu möhtəşəm hadisəni dəyərləndirən ekspertlərin açıqlamalarına dayanan bir qənaəti paylaşır ki, baş verən hadisə Türk mühəndisliyinin yeni xariqəsi və mərhələ xarakterli prosesdir.

Pilotsuz uçan aparatlardan sonra pilotsuz döyüş təyyarəsi hazırlamaq və bunu ən mükəmməl səviyyəyə gətirərək, təftişçi gözlərin müşayiəti ilə göylərə qaldırmaq tarixi bir hadisədir. Bu hadisənin adı isə “Bayraktar Kızılelma” oldu! Turan ülküsünün Qızıl Alması! Xeyirli-uğurlu olsun!

Musavat.com



Selçuk Bayraktar KIZILELMA'yı paylaştı: Teker kesme testinde ayaklarını yerden kesti, az kaldı inşallah

Selçuk Bayraktar KIZILELMA'yı paylaştı: Teker kesme testinde ayaklarını yerden kesti, az kaldı inşallah

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR