İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Malatya vilayətində ikinci zəlzələ baş verib

662 13.03.2023 09:03 Hadisə A A

Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda daha bir zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,5 bal gücündə olub.

Yeraltı təkanlar yerli vaxtla saat 05:13-də yerin 5 kilometr dərinliyində baş verib.

Həmçinin Hatay vilayətinin Hassa rayonunda da yerin 5 kilometr dərinliyində meydana gələn 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR