İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Ermənistandakı mövcudluğu: 324 milyon dollarlıq ticarət, 88 mülk, 147 şirkət

653 02.06.2023 14:59 Siyasət A A

 

Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin olmamasına rəğmən iki ölkənin müxtəlif iş adamlarının biznes sahəsində əməkdaşlığı sirr sayılmır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli mətbuatda maraqlı rəqəmlər açıqlanıb.

Verilən informasiyaya görə, siyasi proseslərin qeyri-müəyyənliyinə baxmayaraq, Ermənistan praktiki olaraq sərhədlərin açılmasına hazırlaşır. Bu ilin aprelin 21-də hökumətin iclasında qısa müddətdə Marqarada gömrük məntəqəsinin tikintisinə başlamaq üçün Dövlət Gəlirləri Komitəsinə 28,3 milyon dram ayrılıb. Hazırda gömrük postunun dizaynı üzərində iş aparılır. Ümumilikdə tikinti işləri, avadanlıq və digər əmlakın alınması üçün 733 milyon dram (təqribən 2 miyon dollar) tələb olunacaq.

44 günlük müharibədən sonra Ermənistan 2021-ci il yanvarın 1-dən Türkiyə  şirkətlərinə embarqo qoyub, lakin 1 ildən sonra bu embarqo götürülüb və türk malları yenidən Ermənistan bazarını doldurub.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, ötən il Ermənistan və Türkiyə arasında ticarət dövriyyəsi 324,5 milyon dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə (73,5 milyon dollar) 4,4 dəfə çoxdur.

Bundan başqa Türkiyə vətəndaşlarının Ermənistanda 88 mülkə sahib olduğu və 147 şirkətlə fəaliyyət göstərdiyi gələn xəbərlər arasındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR