İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin energetika naziri Bakıya gəlir

359 02.02.2023 15:09 Siyasət A A

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz sabah Cənub Qaz Dəhlizinin 9-cu Məşvərət Şurasının iclası çərçivəsində Bakıya gələcək.

“APA-Economics”in Türkiyənin “Anadolu Ajansı”na istinadən verdiyi məlumata görə, açılış nitqini Azərbaycan Prezidenti İlham Əliyevin edəcəyi toplantının “Nazirlər İclasında” Dönmezin Türkiyənin enerji ticarət mərkəzi hədəfində çatdığı son nöqtə ilə bağlı məlumat paylaşması nəzərdə tutulur.

Nazir Dönmezin səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı da daxil olmaqla bir çox görüşlər keçirməsi, fevralın 14-15-də keçiriləcək İstanbul Qaz Zirvəsi ilə bağlı həmkarlarını və sektor nümayəndələrini dəvət etməsi gözlənilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı fevralın 3-də Bakıda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR