İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib

620 20.01.2024 12:28 Siyasət A A

"Bu gün 20 Yanvar qardaş Azərbaycanın Matəm Günüdür. Bununla bağlı səfirliyimizin bayrağı yarıya endirilib".

Musavat.com bildirir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı 20 Yanvar hadisələrinin 34-cü illiyi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"Bayraqları bayraq edən üstündəki qandır. Torpaq uğrunda ölən varsa vətəndir.

20 Yanvar azadlıq uğrunda yandırılan mənşəldir. O gecə müstəqilliyin başladığı tarixdir. 20 Yanvar hadisələrində, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan hər kəsə Allahdan rəhmət diləyirik. Ruhları şad, məkanları cənnət olsun, hamısının xatirəsini ehtiramla yad edirik".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR