İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli sənətçi belə qətlə yetirildi - ANBAAN VİDEO

1011 05.02.2024 12:25 Dünya A A

Türkiyənin İstanbul şəhərində nişanlısı ilə restorana gedən musiqiçi Umut Emre Aytekin (36) ilə iki nəfər arasında mübahisə düşüb.

Musavat.com xəbər verir ki, hadisə şəhərin Güngören ilçəsində baş verib.

Belə ki, nişanlısı ilə fast food şəbəkələrinin birində əyləşən musiqiçi ilə 22 yaşlı Ceyhun T. və 23 yaşlı Hayrettin Ö. arasında naməlum səbəbdən mübahisə yaranıb.

İki nəfərin hücumuna məruz qalan Aytekini nişanlısı Mariya Zeppin xilas etməyə çalışıb. Başından aldığı zərbələr nəticəsində ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Aytəkin bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.

Musiqiçi olduqları sonradan məlum olan cinayətkarlar polis tərəfindən saxlanıb.

Həmin anlar təhlükəsizlik kamerasına anbaan əks olunub.

Musavat.com sözügedən görüntüləri təqdim edir:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR