İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli professordan iki şəhərlə bağlı XƏBƏRDARLIQ - 7,3 bal gücündə...

1556 10.01.2024 18:38 Region A A

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələlərdən sonra bölgədəki fay aktivliyi davam edir.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, türkiyəli professor Əhməd Övgün Ercan Van və Hakkari üçün zəlzələ xəbərdarlığı edib.

O, iki şəhərdə 7,3 bal gücündə zəlzələlərin ola biləcəyini, Van gölü və ətrafdakı Böyük Ağrı, Kiçik Ağrı və Tendürek vulkanlarında partlayışların ola biləcəyini bildirib.

Hakkari üçün etdiyi xəbərdarlıqları təkrarlayan Ercan zəlzələnin gec-tez olacağını vurğulayıb.

Ercan Tendürəkdəki fayın 7,4 bal gücündə zəlzələ yaratmağa qadir olduğuna diqqət çəkib.

Professor Van bölgəsində hər 30-40 ildən bir zəlzələ olacağını deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR