İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli general: “Azərbaycan və Türkiyə orduları vahid orduya çevrilir”

1279 24.10.2023 14:22 Siyasət A A

“Təqaüddə olan hərbçi kimi Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələrinin “Mustafa Kamal Atatürk-2023” adlı taktiki təlimləri Bakıda, Naxçıvanda, həmçinin Qarabağda təşkil etdiyi üçün Azərbaycan dövlətinə təşəkkür edirəm”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

GENERAL.jpeg (57 KB)

General bildirib ki, Azərbaycanın hər zaman Türkiyə dəyərlərini üstün tutaraq bu məsələyə həssas yanaşması daim Türkiyə cəmiyyətində müsbət qarşılanıb.

“Azərbaycan və Türkiyə arasında təşkil olunan birgə taktiki təlimlər havada, quruda və dənizdə xüsusi təyinatlarla davam edir. İl ərzində 20-yə yaxın hərbi təlim təşkil edilir. Təlimlər ümumi hərbi sistemin nizamnaməsinin ən üst nöqtəsi və ən sistemli bünövrəsini təşkil edir. Bu il təşkil olunan hərbi təlimdə quru və hava amilləri “F-16”, “Bayraktar TB-2”, ATAK helikopterləri iştirak edir. Eyni zamanda xüsusi təyinatlı qüvvələr Qarabağda təlim keçirlər.

Daha bir önəmli məqam isə bu il təşkil olunan Azərbaycan və Türkiyə hərbi təlimlərinə Tacikistan, Özbəkistan və Qazaxıstandan da müşahidəçi qismində iştirakçıların qatılmasıdır. Bu təlimlərdə Azərbaycan və Türkiyə müdafiə sənayesinin müasir silah və təchizatları da nümayiş olunacaq. Bu il keçirilən təlimlər həm hərbi əməkdaşlıq, həm də müasir silah sistemlərinin nümayişi baxımından seçilir. Bu təlimlərdə “Aselsan”, “Roketsan”, “Havelsan” və “Bayraktar”ın məhsulları nümayiş olunacaq, onlardan əməliyyat ərazisində istifadə ediləcək. Keçirilən hər təlim bir millət, iki dövlət fəlsəfəsinə xidmət edən bir davranış formasındadır. Bu baxımdan da deyə bilərik ki, Türkiyə və Azərbaycan orduları vahid orduya çevrilir” - deyə Yücel Karauz qeyd edib.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR