İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə zəlzələdə yıxılan binalarla bağlı həbs olunanların sayı artdı

1216 02.03.2023 16:24 Hadisə A A

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələlər zamanı çox sayda binanın dağılması ilə bağlı həbs edilənlərin sayı 218 nəfərə çatıb. Bundan əvvəl 188 nəfərin həbs edilməsi ilə bağlı xəbər yayılıb.

Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, araşdırmalarda 869 şübhəlinin məsuliyyəti müəyyən edilib.

Şübhəlilərdən 31-nin həyatda olmadığı, beşinin xaricdə olduğu müəyyənləşib, 81 şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Zəlzələlərdən sonra bölgədə baş verən oğurluq hadisələri ilə bağlı 388 hadisə ilə əlaqədar 317 şübhəli müəyyən edilib. Bu şübhəlilərdən 206-sı həbs olunub, 37 nəfər barəsində məhkəmə nəzarəti həyata keçirilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR