İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə səsdən iti gedən daha bir raket uğurla sınaqdan çıxarıldı

432 08.12.2023 11:45 Dünya A A

Türkiyənin “Baykar” müdafiə sənayesi şirkəti pilotsuz uçuş aparatından atılan səsdən sürətli İHA-122 raketini ilk dəfə uğurla sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, raketi hazırlayan Roketsan şirkətinin X (keçmiş Twitter) sosial media səhifəsində qeyd edilib ki, raket buraxılış nöqtəsindən 55 km məsafədəki hədəfi vurub: “Hücum dronlarımız yeni məhsul növləri ilə güclənir. Akıncı İHA-dan buraxılan İHA-122 səsdən sürətli raket ilk sınaq atışı zamanı hədəfi dəqiqliklə vurdu”.

Müdafiə texnologiyaları üzrə ixtisaslaşmış nəşr olan SavunmaSanayiST-in yazdığına görə, İHA-122, Roketsan tərəfindən hazırlanmış və 30 km-ə qədər təsirli uçuş məsafəsinə malik olan TRLG-122 lazerlə idarə olunan səsdən sürətli yer-yer ballistik raketinin modifikasiyasıdır. Raket məhvetmə radiusu təxminən 40 m olan 13,4 kq ağırlığında döyüş başlığı ilə təchiz edilib.Yeni modifikasiya PUA-lar üçün xüsusi olaraq yaradılıb ki, bu da hava hücumundan müdafiə sistemlərini daha effektiv dəf etməyə imkan verir və məhvetmə məsafəsini artırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR