İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə növbədənkənar seçki - Özəldən gözlənilməz bəyanat

2003 07.07.2024 01:25 Siyasət A A

CHP sədrinin qəfil mövqe dəyişməsinin  səbəbi nə,  növbədənkənar  prezident seçkilərinin perspektivi varmı?

Bu ilin martında Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl  dəfələrlə partiyasının növbədənkənar seçki istəmədiyini bəyan etsə də,  bu həftənin əvvəlində gözlənilməz açıqlama verib.  Özəl  Türkiyə parlamentində akkreditə olunmuş jurnalistlərə  “gəlin, sabah bir qərar verək, iki ay sonra seçkilər olsun”.

Təbii ki, CHP liderinin mövqeyinin belə kəskin dəyişməsi suallar doğurmaya bilməz. Musavat.com xəbər verir ki, haqqın.az saytı Özəlin qəfil bəyanatının səbəblərini araşdırmağa çalışıb. 

tur.jpg (45 KB)

Bildirilir ki, Ankaranın siyasi kuluarlarında  CHP-nin sentyabrda keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində  partiyanın keçmiş lideri Kamal Kılıçdaroğlu ilə İstanbul bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunun Özgür Özəl əleyhinə  ittifaq qurduqları haqda iddialar yayılır.  İddialara görə, yaxın günlərdə Kılıçdaroğlu və İmamoğlu güclərini birləşdirmək üçün görüşəcəklər. Və bu  iddialar CHP-nin hazırkı liderini narahat etməyə bilməz. Məsələ burasındadır ki, İmamoğlu və Kılıçdaroğlu həqiqətən də birləşsələr, son 41 ildə ilk dəfə bələdiyyə seçkilərində CHP-yə  qələbə qazandıran Özəl böyük ehtimalla bu siyasi tandemə müqavimət göstərə bilməyəcək.  O səbəbdən növbədənkənar seçki  məsələsini ortaya atmaqla Özəl  narazı elektoratı öz ətrafında birləşdirməyə çalışır.

Bəs növbədənkənar seçkilərin real perspektivi varmı? “Əvvəla, nəzərə almaq lazımdır ki, Türkiyənin yeni gücləndirilmiş prezident sistemində erkən seçki anlayışı yoxdur. Həm prezident, həm də parlament sabit beş illik müddətə seçilir. Buna zəmanət verilmir, çünki parlament və ya prezident erkən seçkilərin keçirilməsinə qərar verə bilər. Amma hüquqi baxımdan, yeni sistemə uyğun olaraq, belə bir addım “seçkilərin yenilənməsi” kimi qiymətləndiriləcək. Bunu isə ya prezident, ya da parlamentin 3/5-i (yəni 360 deputat) edə bilər. Xüsusilə, prezident yalnız birinci səlahiyyət müddətində qalan müddətdən imtina edərək, lakin yenidən namizədliyini irəli sürmək hüququnu özündə saxlayaraq “yeniləmə seçkisi”nə getməyə qərar verə bilər ki, bu da həm siyasi, həm də sosial baxımdan risklidir” deyə, təhlildə bildirilir. 

766681_src.jpg (40 KB)

Əgər prezident ikinci müddət ərzində “seçkiləri təzələmək” qərarına gələrsə, o, ikinci müddətinin sonuna qədər qalan müddətdən imtina edir və yenidən namizəd olmaq hüququndan məhrum edilir. Beləliklə, prezident bu addımı yalnız müstəsna, fövqəladə hallarda alternativ variantların olmadığı hallarda ata bilər.

““Seçkilərin yenilənməsi” qətiliklə Ərdoğanın planlarının bir hissəsi deyil. Nəzərə alsaq ki, Rəcəb Tayyib Ərdoğan artıq ikinci prezidentlik müddətinə qədəm qoyub və cəmi on ay əvvəl 52 faiz səs toplayıb, bələdiyyə seçkiləri başa çatdıqdan dərhal sonra isə qarşıdakı 4 ildə seçki olmayacağını olduğu deyərək, bu mövzu ilə bağlı spekulyasiyalara son qoyub.

Türkiyə hökuməti də erkən seçkilərdə qətiyyən maraqlı deyil. Xüsusən də xəzinə və maliyyə naziri Mehmet Şimşək inflyasiyanın cilovlanmasında və 2026-cı ilə qədər ölkənin iqtisadi problemlərinin həllində müsbət nəticələr verəcəyi  gözlənildiyi bir vaxtda. Türkiyə parlamentində 127 deputatı olan Cümhuriyyət Xalq Partiyasına gəlincə, onun rəhbərliyinin qərarı bütün müxalifət fraksiyaları tərəfindən dəstəklənsə belə, nəzəri cəhətdən belə səslərin 3/5-ni almaq mümkün olmayacaq.    Əksər sorğuların nəticəsinə əsasən, o da aydın olur ki, iqtisadi problemlərə baxmayaraq, Türkiyə cəmiyyətinin mütləq əksəriyyəti erkən seçkilərin tərəfdarı deyil.

“Ümumiləşdirsək, deyə bilərik ki, bu gün Türkiyə cəmiyyətində növbədənkənar seçkilərin keçirilməsi üçün real ilkin şərtlər yoxdur. Xüsusən də III Dünya müharibəsinin başlaması təhdidləri, Yaxın Şərqdə gərgin atmosfer və kürd separatçılarının Suriyanın şimalında Türkiyəyə bitişik ərazisində dövlət yaratmaq planları fonunda...” deyə, məqalədə bildirilir. 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR