İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə konsert sonrası musiqiçini döydülər - ANBAAN VİDEO

509 18.12.2022 14:01 Hadisə A A

Türkiyədə musiqiçi Mehmet Dudarık konsert sonrası hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, sözügedən hadisə Türkiyənin Ankara şəhərində baş verib.

Reanimasiya şöbəsində həyat mübarizəsi aparan musiqiçinin Dağınıq skleroz xəstəsi olduğu məlum olub. Xəstəxanadan bildirilib ki, musiqiçi hücuma məruz qalan zaman xəstəliyi aktivləşib.

“Pizz” rok musiqi qrupu dekabrın 14-də Ankaranın Çankaya şəhərindəki əyləncə məkanında konsert verib. Konsertdən sonra qrupun nağara ifaçısı 38 yaşlı Mehmet Dudarık tamaşaçılar arasında olan uşaqlıq dostu ilə səhnədən enərək rəqs etməyə başlayıb. Bu arada izdiham arasında olan bir şəxs ayağını tapdaladığı ​​səbəbiylə Mehmet Dudarık ilə mübahisə edib. Qısa gərginlikdən sonra Dudarık çölə çıxıb.

Dudarık əyləncə məkanının qarşısında telefonla danışarkən B.K.K tərəfindən yumruqla hücuma məruz qalıb. Başından aldığı zərbə ilə yıxılan musiqiçiyə dəfələrlə yumruq zərbələri endirilib. Ağır yaralanan Dudarık dostları tərəfindən Ankara İbn-i Sina Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Dudarık reanimasiya şöbəsində həyat mübarizəsi aparır.

Hadisədən sonra B.K.K. polis tərəfindən saxlanılıb.

Toğrul İSMAYIL,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR