İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə gəmi iki hissəyə bölündü - 13 ekipaj üzvü... - VİDEO

1070 19.11.2023 18:53 Hadisə A A

Türkiyənin Qara dəniz sahilində yerləşən Ereğli limanı yaxınlığında Panama bayrağı altında üzən yük gəmisi sahilə çırpılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, qasırğa gəmini iki hissəyə bölüb.

Məlumata görə, gəminin 13 ekipaj üzvü sahilə təxliyə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, daha bir insident Türkiyənin “Kafkametler” yük daşıyıcısı ilə Ereğli limanı yaxınlığında baş verib.

Türkiyə Dəniz İşləri Departamentinin məlumatına görə, limana yaxınlaşarkən kapitan gəminin sürükləndiyi barədə siqnal verib. Gəmi ilə vizual əlaqə hələ qurulmayıb. Axtarış-xilasetmə işləri əlverişsiz hava şəraiti səbəbindən hazırda mümkün deyil. Bildirilib ki, Krasnodar diyarının Temryuk limanından Türkiyənin Aliağa limanına gedən yük gəmisinin göyərtəsində 12 dənizçi var.

Xatırladaq ki, bu həftə sonu Türkiyənin İstanbul, Ankara, İzmir və 60-dan çox şəhərində təbii təhlükənin narıncı kodu elan edilib. Sinoptiklər şiddətli külək, güclü yağış və daşqınlarla bağlı xəbərdarlıq edib. Pis hava şəraiti ilə əlaqədar şənbə və bazar günləri İstanbul hava limanlarında 200-ə yaxın yerli və beynəlxalq reys təxirə salınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR