İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə baş verən atışmada 7 polis yaralanıb

1072 05.06.2023 08:12 Hadisə A A


Türkiyədə Konya vilayətinin Ereğli rayonunda iki qrup arasında baş verən mübahisə silahlı insidentlə yekunlaşıb.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəşlə yaralanıb.

Çağırış əsasında silahlı insidentin olduğu əraziyə polis və tibb işçiləri göndərilib. Dava edən şəxsləri ayırmağa çalışan 7 polis əməkdaşı da müxtəlif yerlərindən güllə yaraları alıblar.

Yaralılar ilkin müdaxilələrdən sonra Ereğli Dövlət Xəstəxanasına aparılıblar.

Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR