İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə XİN Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib

496 08.11.2022 11:20 Gündəm A A

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

"İşğal altındakı torpaqlarını qəhrəmancasına verilən bir mücadilə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasına səbəb olub.

Türkiyə işğaldan azad olunan ərazilərin yenidən qurulması və inkişafı da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycan ilə həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək", - paylaşımda bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR