İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və İraq razılaşdı - PKK-ya qarşı hərbi əməliyyat...

588 15.03.2024 10:50 Dünya A A

İraq hökuməti ölkənin şimalında PKK-ya qarşı hərbi əməliyyatda Türkiyəyə dəstək verməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə “Ash-Sharq al-Awsat” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə nümayəndə heyətinin Bağdada səfəri zamanı bu məsələ ilə bağlı danışıqlar aparılıb.

İddialara görə, İraq hakimiyyəti ölkənin şimal bölgələrində 30-40 km enində bufer zonanın yaradılmasını təsdiqləyib.

İraq hökuməti hələ ki, nəşrə rəsmi münasibət bildirməyib.

Türkiyə mənbələri bildiriblər ki, son üç ayda Türkiyə, İraq və Kürd muxtariyyəti rəsmiləri keçirilməsi gözlənilən hərbi əməliyyatlarla bağlı məsləhətləşmələr aparıb. Qəzetin mənbələrinə görə tərəflər artıq əməliyyatın təfərrüatları barədə razılığa gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR