İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha 31 nəfərin namizədliyi qeydə alındı

431 24.07.2024 10:26 Ölkə A A

Azərbaycanda daha 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1200-ə yaxın namizəd olmaq üçün müraciət edib: "Onların çoxu artıq təsdiq olunub, 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

MSK sədri həmçinin 950-ə yaxın müşahidəçinin qeydə alındığını da söyləyib: "26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600 nəfərə yaxın çox səlahiyyətli nümayəndəsi qeydə alınıb".//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR