İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreyanın göndərdiyi zibil balonu Cənubi Koreya prezidentinin ofis binasına düşdü

422 24.07.2024 12:05 Dünya A A

Şimali Koreyadan göndərilən zibillə dolu hava balonlarından biri Cənubi Koreya prezidentinin ofisinin binasına düşüb.

Musavat.com xəbər verir ki, bu məlumatı "Yonhap" prezidentin təhlükəsizlik xidmətinə istinadən yayıb.

Xidmətdən bildirilib ki, “Kimyəvi, Bioloji və Radioloji Müdaxilə Qrupu tərəfindən aparılan araşdırma, əşyaların təhlükə yaratmadığını müəyyən edib:

“Biz Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri ilə əməkdaşlıq çərçivəsində monitorinqi davam etdiririk”.

Bazar günü Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Pxenyanın yenidən cənuba doğru zibil balonları atdığını bildirib.

May ayının sonundan bəri Şimali Koreya ölkədən qaçanların və cənubdakı fəalların göndərdiyi Cənubi Koreya vərəqələrinə etiraz etmək üçün 3000-dən çox zibil balonunu Seula tərəf buraxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR