İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa Zirvəsindən ucalan həqiqətlər: "Qurtaran dahi odur Yer üzünü"

371 24.07.2024 09:54 Yazarlar A A

Azərbaycanın ürəyi, Qarabağın üzük qaşı Şuşa şəhəri bu günlərdə daha bir mühüm tədbirə evsahibliyi etdi. 2-ci Şuşa Qlobal Media Forumu üç gün ərzində dünyanın 50-dən artıq təmsilçisinin həqiqətləri eşitmək üçün çox ciddi bir platforma oldu.

Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunmuş Forumda olduqca vacib və əhəmiyyətli mesajlar verdi. Dövlətimizin başçısı Cənubi Qafqaz regionunda tarixi transformasiya proseslərinin baş verdiyini, ənənəvi ittifaqların bir qədər zəiflədiyini, yeni əməkdaşlıq formatlarının meydana gəldiyini deməklə iştirakçıları, həmçinin onların simasında ayrı-ayrı ölkələrin diqqətini regionla bağlı yeni situasiyanın yarandığına cəlb etmiş oldu. Ölkə rəhbərinin bununla Qafqaz Evi ideyasını dolayı şəkildə yenidən gündəmə gətirdiyini söyləmək olar.

7a9e7dd0-477f-3061-ba4e-f6529bfa.jpg (80 KB)

Prezident İlham Əliyev bu yanaşma ilə kimin gerçəkdən sülh istədiyini, kimin revanşa, yenidən qan-qadaya can atdığını aydın diplomatik dillə ifadə etdi. Qafqazın lideri əminliklə bildirir ki, regionun xalqları özlərini təhlükəsiz hiss edir, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Bu, həm də dövlət başçımızın təkcə təhlükəsizlik çətirini yalnız Azərbaycanın deyil, bütövlükdə Qafqazın üzərində qaldırmaq əzmində olduğunu nümayiş etdirir. Əslində cənab İlham Əliyevin hədəfləri daha geniş spektri əhatə edir, qlobal mənada sülhün təminatı istiqamətində təşəbbüsləri ilə, Qəzzadan tutmuş Ukraynaya, ordan Fransa istilası altındə əzilən bölgələrə, Afrikaya, vətəndaş toqquşmasından əziyyət çəkən İslam ölkələrinədək.

Azərbaycan Prezidenti dinindən, irqindən asılı olmayaraq, bəşəriyyətin hər bir cinahında yaşayan insanların əmin-amanlıq içərisində yaşaması üçün təşəbbüslər göstərir, təkliflər irəli sürür, dəstək verir. Azərbaycan bəzi “sülh carçıları” kimi “sülh naminə silah” vermir – Fransa konkret nümunə - sülhün əldə olunmasından ötrü imzası qədər etibarlı olan sözünü deyir, mövqeyini ortaya qoyur, düşmən tərəflərin bir araya gəlməsi üçün Bakı platformasını təklif edir, qarışdırmağa deyil, barışdırmağa yönəlik xarici siyasət kursunu həyata keçirir. Budur Azərbaycan dövlətinin, onun liderinin böyüklüyü.

4094595d-4135-3948-99a8-862ec7a9.jpg (374 KB)

Şuşa Zirvəsində səslənən əsas ideyaların, verilən mesajların ünvanına çatdığına şübhə etmirik. Kimlərsə özlərini korluğa, karlığa, lallığa vuracaqsa, öz işidir. Dövlətimiz öz işini davam etdirir. Ölkə başçımızın da qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik. Həmçinin Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Qarabağın, Şərqi Zəngəzurun yenidən, demək olar ki, yenidən, sürətlə qurulması, bərpası – özü də müasir tələblərə uyğun olaraq – məhz bu inamın, etibarın məntiqi nəticəsidir. İnam, etibar, gələcəyə nikbin baxış, ən önəmlisi təhlükəsizliyin yüksək səviyyədə təminatı olmasaydı, təbii ki, indiki nəticəyə çatmaq çətin olardı.

Azərbaycan ötən illər ərzində çox əziyyətlər çəkdi. Təkcə Ermənistanın, onun havadarlarının işğalçılıq siyasətindən deyil, həm də ölkəmizə qarşı alçaq, qərəzli, riyakar yanaşmalardan. Təsadüfi deyil ki, ədaləti təkbaşına bərpa etmiş Azərbaycan bu gün işğaldan, ədalətsizlikdən, ögey münasibətdən əziyyətlər çəkən xalqların yanındadır, hətta dünyanın aparıcı ölkələrinin bənzər siyasətinə qarşı açıq mövqe sərgiləyir. Fransanın koloniyalarına çevrilənlərin Azərbaycana, onun liderinə pənah gətirməsi məhz bu siyasətin məntiqi nəticəsidir. Şuşa Sammitində Prezident ölkəmizə, xalqımıza qarşı ədalətsiz yanaşmaların olduğunu açıq şəkildə bildirməklə həm də birilərini dərs çıxartmağa çağırdı.

Sitat: “Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”.

981103b4-b054-3de1-83a4-a5fda456.jpg (83 KB)

Bəli, bir ölkənin işğala məruz qalmasına rəğmən, o ölkəyə, xalqa qarşı əclafcasına davranışları çox gördük ötən illərdə. Amma ənənəvi qərəzli, riyakar siyasətini davam etdirənlər yenə də şərin, böhtanın, işğala can atan revanşçıların yanındadırlar. İşğalçı ordunu yenidən silahlandırmağa cəhdlər edən ölkələr Ermənistanı aqressiv siyasətə sürükləyirlər. Təsəvvür edin, İlham Əliyev Ermənistanı həm də onların şərindən, xəta-bəlasından xilas etməyə çalışır. Böyüklüyə baxın! 3 + 3 formatında əməkdaşlığı Azərbaycan Prezidenti 44 günlük müharibədən az sonra elan etdi, dünyanın ikinci belə nümunəsi varmı? Torpaqlarını 30 ildən artıq işğalda saxlamış, bir milyon insanına məşəqqətlər yaşatmış ölkəyə barış əlini uzatmaq...Bu əli öpüb, gözü üstə qoymaq əvəzinə, Fransanın SEZAR-ını almaq, hind silahlarını daşımaq....Bax, budur Ermənistanın faciəsi, ötənlərdən dərs götürməməsi, özünü məhvə sürükləməsi. Ermənilərin faciəsi üzərində özlərinin məkrli siyasətini quran ölkələr, paytaxtlar usanmırlar, çünki ikinci belə “maşa” tapmaq çətin olacaq.  

Azərbaycan Prezidenti Şuşa Zirvəsində deyilməsi zəruri olan tarixi həqiqətləri açıq şəkildə bəyan etdi və ölkəmizə qarşı qərəzli siyasət yürüdənləri ifşa etməklə yanaşı, onları bir daha yanlışlıqlar etməməyə çağırdı.

Sitat: “Azərbaycan torpaqlarının işğalı 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq”. Yaxud digər tarixi həqiqət: “ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır”.

dfd31046-7fa7-310e-bb37-5151c910.jpg (143 KB)

Bax, Azərbaycan dövləti və xalqı, Azərbaycan Prezidenti bu münasibətlər sistemində qalib gəldi, Şuşa Zirvəsinədə irəliləyə, suveren ərazilərinin üzərində bayrağını dalğalandıra bildi. Bir çox mərkəzləri heyrətləndirən də məhz budur, onlar düşünürlər ki, necə oldu axı, Azərbaycanın qarşısında bu qədər sədd çəkdik – təmas xəttində dəstək verdiyimiz erməni işğalçıları “Ohanyan səddi” çəkdilər, ölkə xaricində də hər yandan bir “yan sədd” çəkildi, amma İlham Əliyevin Ordusu bütün sədləri yararaq Şuşaya, Laçına...sonra da Xankəndiyə, Xoclıya yetişdi, işğala və terrora son qoydu, indi də abad edir məmləkətini?! Baxırlar, heyrətlənirlər: İlham Əliyevin qalib ordusunun azad etdiyi Şuşa zirvəsində artıq neçənci dəfədir Şuşa Zirvəsi keçirilir, beynəlxalq təşkilatların, xarici ölkə diplomatlarının, jurnalistlərinin iştirakı ilə! Onlar erməni vandalizminin “əl işi”ni də görürlər, Azərbaycanın qurucu prezidentinin işlərini də! O qüvvələr heyrətdədirlər, amma bədnam niyyətlərdən də əl götürmək istəmirlər. Necə ki, Makron Ermənistanı silahlandırmasına bəraət qazandırmaq üçün fitnə-fəsada əl atır, guya Azərbaycan Ermənistana hansısa təhlükə törədəcəkmiş. Yazıqlar olsun, Fransa kimi dövlətin, fransız xalqı kimi xalqın başında kim dayanır, hansı düşüncə sahibi...Azərbaycan lideri Qafqazda sülhün təminatını məmnunluqla bəyan edir, Fransa isə...

Prezident İlham Əliyev tarix yazmağa və keçmiş, müasir tarixi də forum-forum, zirvə-zirvə xəbərsiz olanlara çatdırmağa davam edir. Həm də dərs keçir. Dərsini bilməyənlər, olanlardan dərs götürməyənlər “sinifdə qalacaq”. Odur ki, öyrənsinlər! Həm ləyaqətli müharibə aparmaq qaydalarını, həm də sülhü necə təmin etməyi: ucalıqda Ali Baş Komandan, Prezident İlham Əliyev nümunəsi var! Ondan öyrənmək hələ də gec deyil! Öyrənib, tətbiq etsələr, qısa zaman kəsiyində bəşərdə silahlar susar, top səsləri kəsilər. Necə ki, Azərbaycan Prezidenti bəyan edib: “Bundan sonra Şuşanın səmasında barıt qoxusu olmayacaq, top səsləri eşidilməyəcək”.

Hüseyn Cavid necə demişdi:

“Kəssə hər kim tökülən qan izini

Qurtaran dahi odur yer üzünü”.

İlham Əliyev bu gün təkcə Yer üzünü deyil, həm də Göy üzünü xilas formulu təklif edir!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR