İnsanlara hürriyət, millətlərə istiqlal!

BU HALLARDA valyutanın ölkədən çıxarılmasına icazə verilməyəcək - DEPUTATDAN AÇIQLAMA

920 24.07.2024 11:09 Ölkə A A

"Baş nazir “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”da dəyişiklikləri təsdiq edib. Yeni qaydalar ilə bu ilin fervalında Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə bir sıra dəyişikliklər edilib. Qeyd edək ki, sözügedən sənəd ilə qaydaların tam siyahısı müəyyən edilib".

Musavat.com xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov öz sosial media hesabında yazıb.

1617257789521_qR1b4HH4.jpg (53 KB)

V.Bayramov qeyd edib ki, yeni qaydalarla valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı və qaydaların miqyası daha da dəqiqləşdirilir:

“Belə ki, valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında da onların hərəkəti dayandırılır, yəni aparılmasına icazə verilmir. Burada söhbət eyni zamanda inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarından gedir.

Digər dəyişiklik valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı ilə bağlıdır. Yeni qərara əsasən, valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində cinayətlərə görə məhkumluq müddətində və ya gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati tənbehin icra olunduğu vaxtdan sonrakı bir il ərzində şəxsin müvafiq hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsi faktının müəyyən olunması da indikatorlardan biri kimi götürüləcək.

Bu maddə üzrə əvvəlki redaksiyada yalnız gömrük işi sahəsində hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsinin müəyyən olunması nəzərdə tutulurdu.

Bütövlükdə, qərarın qəbulunda məqsəd ölkədən qanunsuz valyuta çıxarılmasına qarşı mübarizənin gücləndirilməsi, aydın və ölçülə bilən indikatorlar ilə prosesdə şəffaflıq və hesabatlığı daha da artırmaqdır.

Qeyd edək ki, bu qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirilib".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR