İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə Ukraynaya silahlar verəcək” - ”Aydınlıq” nəşri

929 30.03.2024 17:02 Dünya A A

Ukrayna münaqişəsi başlayandan Türkiyə Kiyevi silahla, ilk növbədə pilotsuz təyyarələrlə təmin edirdi, lakin indi ABŞ və Avropa İttifaqı çətin vəziyyətdə olduğu üçün Vaşinqton türk müdafiə sənayesini Ukraynanın əsas silah tədarükçüsünə çevirməyi planlaşdırır. “Komsomoldskaya pravda” “Aydınlıq” nəşrinə istinadən belə məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən Ukraynada pilotsuz təyyarələrin istehsalı zavodunun yaradılması ilə yanaşı, ABŞ-da və Texasda Türkiyə müdafiəsinin artilleriya mərmilərinin istehsalı üçün zavodun yaradılması da planlaşdırılır. ABŞ artıq Türkiyə ilə 155 mm-lik sursat istehsalı üçün ehtiyat hissələrinin tədarükünü artırmaq üçün danışıqlar aparır.

WhatsApp Image 2024-03-30 at 5.03.10 PM.jpeg (94 KB)

İddia olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydenlə bu məsələni müzakirə edəcəyi gözlənilir. Jurnalistlər qeyd edirlər ki, Ərdoğan Baydenin prezidentliyə başlamasından sonra ilk dəfə ABŞ-a səfər edəcək. Bunun müqabilində ABŞ Türkiyəyə iki ölkə arasında hərbi münasibətlərin yumşaldılmasını təklif edəcək.

Bir müddət əvvəl Türkiyənin Maltəpə Universitetinin (İstanbul) professoru Həsən Ünal bildirib ki, Rusiya Türkiyədən Ukraynaya silah tədarüküni qəbullanmalıdır. Ünalın sözlərinə görə, PUA-ların tədarükü sayəsində Ukrayna ordusu Rusiya ordusundan güclü olmayacaq. Ünal qeyd edib ki, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR