İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ukraynada bu obyektləri yenidən quracaq - İşçi qrupu yaradılır

1140 18.08.2022 19:27 Gündəm A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı Türkiyə ilə Ukrayna arasında müharibə nəticəsində dağılmış infrastrukturun bərpası üçün müqavilə də imzalanması barədə xəbər vermişdik.

Musavat.com xəbər verir ki, Türkiyə ilə Ukrayna arasında Ukraynanın müharibə nəticəsində dağılmış infrastrukturunun bərpasına dair sazişi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıb.

Qeyd olunur ki, razılaşma iki ölkə arasında Ukraynanın yenidən qurulması üçün İşçi Qrup yaradacaq.

İşçi qrupu Ukraynada yollar, körpülər, su və elektrik infrastrukturu, xəstəxanalar və məktəblər kimi sosial və iqtisadi əhəmiyyətli obyektlərin yenidən qurulmasını əlaqələndirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR