İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Türkmənistan qazını dünya bazarına çıxarmağa hazır olduğunu AÇIQLADI

591 06.12.2023 19:35 Dünya A A

Türkiyə Türkmənistan qazı və elektrik enerjisini dünya bazarlarına çıxarmaq üçün birgə işləməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Aşqabadda keçirilən Türkmənistan-Türkiyə biznes forumunda deyib:

"Ehtiyatlarına görə dünyada dördüncü yerdə olan Türkmənistandan təbii qazın Avropa ilə Asiya arasında körpü olan Türkiyə vasitəsilə dünya bazarlarına çıxarılmasında tərəfdaşlığımızın səmərəliliyinə inanırıq. Biz həmçinin Türkmənistanın elektrik enerjisini beynəlxalq bazarlara çıxarmaq istiqamətində birgə işləməyə hazırıq. İstər Türkmənistanın təbii qazı, istərsə də elektrik enerjisi olsun, biz onları dünya bazarlarına çıxarmaq üçün böyük layihələr həyata keçirməyə hazırıq”.

Yılmaz qeyd edib ki, Türkiyəyə qayıtdıqdan sonra ölkənin Energetika Nazirliyi ilə birlikdə bu istiqamətdə mühüm addımların atılması üçün bütün müvafiq strukturları işə salacaq.

Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun mart ayında verdiyi məlumata görə, respublika öz qazının Türkiyəyə tədarükü məsələsinə yaxın vaxtlarda baxmağa hazırdır. Türkmən qazının ixracı məsələsi ötən il dekabrın 14-də Türkiyə, Türkmənistan və Azərbaycan dövlət başçıları Rəcəb Tayyib Ərdoğan, Serdar Berdiməhəmmədov və İlham Əliyev tərəfindən Türkmənbaşı şəhərində keçirilən görüşdə müzakirə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR