İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə səfiri Binəli Yıldırımı və Şamil Ayrımı ziyarət edib

943 21.10.2022 00:20 Gündəm A A

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayaraq xəstəxanada müalicə edilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırımı və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımı ziyarət edib.

Musavat.com xəbər verir ki, bu barədə səfir tivter hesabında yazıb.

“Xəstəxanadayıq. Cənab Binəli Yıldırımı, İstanbuldan olan millət vəkilimiz Şamil Ayrımı, xəstəxanadakı cangüdən dostlarımızı ziyarət etdik. Bütün həkimlər, səhiyyə işçiləri diqqətlidir. Onların səhhətinin yaxşı olduğu barədə məlumat aldıq. Ən xoş arzularımızı çatdırırıq”, - səfir sosial şəbəkə hesabında yazıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR