İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə "S-400"ləri bu ərazidə YERLƏŞDİRİR

4024 07.05.2024 09:58 Dünya A A

Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini İraq sərhədində, terror təşkilatı PKK-ya qarşı istifadə edə bilər.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.

Qeyd olunub ki, Türkiyə və Yunanıstan üçüncü ölkələrə Rusiya raketlərini göndərmək niyyətində deyil:

“Türkiyə və Yunanıstan son günlər ayrı-ayrı bəyanatlarında Rusiya istehsalı olan strateji hava hücumundan müdafiə raket sistemlərinin Ukraynaya və ya hər hansı başqa ölkəyə verilməsinə qarşı olduqlarını bir daha bəyan ediblər”.

Belə ki, Ankaranın yayda terror təşkilatı PKK-ya qarşı həyata keçirməyi planlaşdırdığı hücumdan əvvəl “S-400”lərin İraq sərhədində yerləşdiriləcəyi iddia edilir. Əgər bu baş verərsə, Türkiyə ilk dəfə olaraq “S-400”ləri operativ şəkildə yerləşdirmiş olacaq. 

Məlumata görə, Türkiyə Rusiyadan iki “S-400” kompleksi və 120-dən çox uzaqmənzilli raket alıb. Yunanıstanın isə 32 buraxılış qurğusu üçün 175 raketi var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR