İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə razılaşmaları pozub, ona görə də...” - Kremldən TƏCİLİ AÇIQLAMA

2097 10.07.2023 17:52 Son xəbər A A

“Azov” komandirlərinin Türkiyədən Ukraynaya geri qaytarılması razılaşmaların pozulmasıdır.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva bu vəziyyəti Ankara ilə müzakirə edəcək.

“Rusiya “Azov” komandirlərinin geri qayıtması ilə bağlı vəziyyəti Türkiyə ilə müxtəlif sahələrdəki müqavilələrdə nəzərə alacaq. Rusiya “Azov”un Ukraynaya qaytarılması ilə bağlı Türkiyəyə mövqeyini izah etmək üçün ali və yüksək səviyyədə kanallardan istifadə edəcək”, - deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü Türkiyə ilə qaz qovşağı layihəsinin reallaşdırılması perspektivlərinin heç bir halda “Azov” komandirlərinin geri qaytarılması ətrafında yaranmış vəziyyətlə bağlı olmadığını bildirib.

Peskov qeyd edib ki, Türkiyənin Ukrayna ilə münasibətləri inkişaf etdirmək üçün mütləq hüququ var, lakin Rusiya bunun Moskvaya qarşı yönəlməyəcəyinə ümid edir.

Kreml rəsmisi Rusiya prezidentinin Türkiyəyə planlaşdırılan səfərindən də danışıb: “Putinin Türkiyəyə səfərinin tarixi hələlik məlum deyil. Putinlə Ərdoğan arasında telefon danışığı hələ ki, qrafikdə yoxdur, lakin liderlər, lazım gələrsə, bunu çox tez koordinasiya edə bilərlər. Rusiya Türkiyə ilə münasibətləri davam etdirmək niyyətindədir, onlar həqiqətən çoxşaxəlidir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR