İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə “qırmızı xətti”ndə YENİ ERA: Yaşar Gülər Bakıya bunları vəd edir...

7249 04.06.2023 16:32 Gündəm A A

Xəbər verdiyimiz kimi, Yaşar Gülər Türkiyənin milli müdafiə naziri təyin olunub. Gülər bu təyinata qədər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edib.

Yaşar Gülərin təyinatı Bakıya nə vəd edir?

telman.jpg (34 KB)

Hərbi ekspert Telman Qasımov Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyə dövləti hansı sistemi qurubsa, yeni gələn nazir həmin sistemi, xüsusilə də təhlükəsizlik və hərbi istiqamətdə olan “qırmızı xətt”i davam etdirir:

“Digər dövlətlərdən fərqli olaraq hər hansı bir nazir Türkiyənin təhlükəsizlik və ordu sistemində dəyişiklik edə bilməz. Bu dəyişiklik yalnız irəli istiqamətdə mümkün ola bilər. Bu baxımdan Yaşar Gülərin təyinatı da Türkiyə ordusunda yalnız və yalnız müsbət istiqamətə aparacaq. Türkiyə elə bir böyük dövlətdir ki, onun təhlükəsizliyi bir nömrəlidir.

Xüsusilə Şuşa Bəyannaməsindən sonra iki qardaş ölkə arasında olan təhlükəsizlik məsələləri, ərazi bütövlüyü, gələcəkdə birgə təlimlərin keçirilməsi, hərbi sənayenin inkişaf etdirilməsi, Azərbaycan ordusu arsenalının yeni silah-sursatla təmin olunması məsələsi prioritet məsələlər olub və belə də davam edəcək. Bu baxımdan hərbi məsələlərdə çox böyük işlər görülüb. Şuşa Bəyannaməsi münasibətləri ikiqat artırıb. Azərbaycan, Türkiyə və Pakistan helikopterlərinin və qırıcı təyyarələrin birgə istehsalı məsələsi gündəmdədir. Seçkilərdən öncə iki qardaş ölkə arasında PUA-ların istehsalı ilə bağlı razılıq əldə olunub, zavod tikiləcək. Düşünürəm ki, Yaşar Gülərin təyinatı ilə daha böyük uğurlar əldə olunacaq”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR