İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Portuqaliyaya uduzdu VİDEO YENİLƏNİB

3157 22.06.2024 21:53 İdman A A

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyunu baş tutub.

F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3.

Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.

Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.

Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var. (Report)

 ***

3:0. Bruno Fernandeş 56-cı dəqiqədə fərqlənir.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında ikinci hissə başlayıb.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında ilk hissə başa çatıb.

"Ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2.

21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub. (Report)

***

Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi oldu: 0-2.

***

Portuqaliya hesabı açdı. 22-ci dəqiqədə Bernardo Silva fərqləndi. Hesab: 1-0

***

Futbol üzrə 2024-cü il Avropa çempionatının F qrupunda Türkiyə və Portuqaliya milliləri arasında görüşün start fiti səsləndirilib.

Qarşılaşmanı almaniyalı hakimlər briqadası idarə edir.

Qeyd edək ki, ilk oyunda Türkiyə Gürcüstanı 3:1, Portuqaliya isə Çexiyanı 2:1 hesabı ilə məğlub edib.

***

Türkiyə millisi AÇ-2024-ün qrup mərhələsində növbəti oyununa çıxacaq.

“Ay-ulduzlular” ikinci tur çərçivəsində Portuqaliya ilə qarşılaşacaq.

Matç saat 20:00-da başlayacaq.

AÇ-2024

İkinci tur

20:00. Türkiyə - Portuqaliya

***

Millilərin heyətləri müəyyənləşib.

Türkiyə: Altay Bayındır, Zeki Çelik, Samet Akaydın, Abdülkerim Bardakcı, Ferdi Kadıoğlu, Kaan Ayhan, Orkun Kökçü, Kerem Aktürkoğlu, Hakan Çalhanoğlu, Yunus Akgün, Barış Alper Yılmaz

Ehtiyat oyunçular: Uğurcan Çakır, Merih Demiral, Okay Yokuşlu, Arda Güler, Cenk Tosun, Yusuf Yazıcı, Ahmetcan Kaplan, Salih Özcan, İsmail Yüksek, Mert Müldür, Kenan Yıldız, Semih Kılıçsoy, Bertuğ Yıldırım

Portuqaliya: Dioqo Koşta, Kanselu, Ruben Diaş, Pepe, Nuno Mendeş, Palinya, Vitinya, Brunu Fernandeş, Bernardo Silva, Leau, Ronaldo

Ehtiyat oyunçular: Rui Patrisiu, Joze Sa, Nelson Semedo, Dalot, Qonçalo Ramos, Joao Feliks, Danilu, Qonçalo İnasio, Joao Neves, Mateus Nunes, Ruben Neves, Dioqo Jota, Antonio Silva, Pedro Neto, Fransisko Konseysau    (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR