İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə parlamentinin sədrinin Bakıya səfəri! Onunla kimlər gəldi? - VİDEO

1193 11.07.2023 23:41 Son xəbər A A

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıya gəlib. Onu qarşılayanlar arasında "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da var.

Numan Kurtulmuş onu müşayiət edən nümayəndə heyəti üçün ayrılmış otelə yerləşib. Numan Kurtulmuşu müşayiət edənlər arasında Azərbaycanın yaxın dostu, MHP-nin Kütahya millət vəkili Ahmet Erbaş, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım da yer alıb.

Musavat.com TBMM sədri ilə Bakıya gələn nümayəndə heyətinin tam siyahısını təqdim edir: TBMM sədrinin xanımı Sevgi Kurtulmuş, vitse spiker Gülizar Biçer, TBMM idarə rəhbəri Hasan Turan, TBMM idarə rəhbəri Sermet Atay, millət vəkilləri Yasin Öztürk, Çiğdem Erdoğan, Əhməd Özgür, Mehmet Yılmaz, Murat Çelik, mühafizə əməkdaşı Ayşenur Yaman, media nümayəndələri Dicle Canova, Fazlı Şahan, Fərhad Ünlü.

Qeyd edək ki, Numan Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini qarşılayanlar arasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı da var.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sabah (12 iyul) saat 10:00-da Türk Şəhidliyində Azərbaycan səfəri ilə bağlı mediaya açıqlama verəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR