İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ordusu terrorçuları BELƏ VURDU - Əməliyyatdan GÖRÜNTÜLƏR

933 24.12.2023 00:53 Gündəm A A

Türk ordusu İraqın şimalında “Pəncə-Kilid” kod adlı antiterror əməliyyatlarını davam etdirir. 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat verilib.

Son dəqiqə məlumatlarına görə, Türkiyə ordusu axşam saatlarından etibarən İraq və Suriyanın şimalında terrorçuların mövqelərini, sığınacaqlarını və bunkerlərini məhv edib. 

Rəsmi mənbələrdən verilən xəbərdə bildirilir ki, silahlı qüvvələr 29 hədəfi məhv edib. 

Irak ve Suriye'nin kuzeyinde hava harekatı! 29 hedef imha edildi, çok sayıda terörist etkisiz hale getirildi

Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən, təbii özünümüdafiə hüquqlarımıza uyğun olaraq, 23 dekabr 2023-cü il saat 22:00-da İraq-Suriyanın şimalında terrorçulara qarşı hava əməliyyatları həyata keçirilib. Separatçı Terror Təşkilatı PPK/YPG-yə məxsus sığınacaqlar, neft obyektləri və anbarlar daxil olmaqla ümumilikdə 29 hədəf məhv edilib.

Irak ve Suriye'nin kuzeyinde hava harekatı! 29 hedef imha edildi, çok sayıda terörist etkisiz hale getirildi

Hazırda əməliyyatlar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR