İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə MSK-nın sədri: "Bələdiyyə seçkilərində səsvermə sakit keçib"

571 31.03.2024 19:07 Dünya A A

"Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener yerli telekanalların efirində jurnalistlərə bildirib.

"Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram.

Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq"-deyə, o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR