İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə hərbçiləri daha 1 il Azərbaycanda qalacaq

1557 17.11.2023 09:41 Son xəbər A A

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı prezident fərmanının qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin (TBMM) qanunu qüvvəyə minib.

Musavat.com xəbər verir ki, qanunun qəbul edilməsi ilə bağlı qərar “Resmi Gazete”də dərc olunub.

Qanunda Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərinin davam etdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, bütün hüquqlarının beynəlxalq hüquq normaları və qanuni suverenlik hüquqları əsasında müdafiəsinə güclü dəstək verən Türkiyə bundan sonra da sülhün qorunması və möhkəmlənməsinə, regionda sabitlik və bunu asanlaşdıracaq iqtisadi infrastrukturun qurulmasına, həmçinin canlandırılmasına mühüm töhfələr verəcək.

Qərarda TSK personalının çalışdığı Türkiyə və Rusiya tərəfindən yaradılan Müştərək Mərkəzin fəaliyyətini uğurla davam etdirdiyi bildirilib. Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Müştərək Mərkəzdəki vəzifələrini davam etdirməsi Türkiyənin bölgədəki fəal və konstruktiv rolunun və milli maraqlarının tələbidir.

Bu səbəblərdən Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı səlahiyyət müddətinin noyabrın 17-dən etibarən 1 il uzadılmasının qəbul edildiyi bildirilib.

Qeyd edək ki,qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilib və parlament tərəfindən qəbul edilib. 2021 və 2022-ci illərin noyabrında da Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

resmi1.jpg (206 KB)

resmi3.jpg (167 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR