İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə də hərəkətə KEÇDİ- Epşteyn qalmaqalı BÖYÜYÜR

2995 03.02.2026 21:14 Mədəniyyət A A

Ankara Baş Prokurorluğu amerikalı milyarder Cefri Epşteynin işi ilə bağlı sənədlərdə Türkiyəyə aid hissələrlə bağlı araşdırmalara başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Cumhuriyet” nəşri məlumat yayıb.

Bildirilir ki, Baş Prokurorluq ABŞ Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş təxminən üç milyon sənədi nəzərdən keçirir. Araşdırmalar Epşteyn işi üzrə sənədlərdə Türkiyə ilə bağlı iddialar, eləcə də gənc türk qızlarının milyarderin adasına aparılması ilə bağlı ehtimalları əhatə edir.

ac8f554b-9399-4951-af06-86d95af5da59.jpg (169 KB)

İstintaqın başlanmasına səbəb müxalifətdə olan İyi Partiyasının sədr müavini Turhan Çömezin açıqlamaları olub. O, 2025-ci ilin dekabrında sosial şəbəkələrdə paylaşım edərək Epşteyn işi üzrə sənədlərdə Türkiyədən olan gənc qızların adaya aparıldığına dair məlumatların yer aldığını iddia edib. Məhz həmin açıqlamalardan sonra prokurorluq məsələni rəsmi şəkildə araşdırmağa qərar verib.

Hazırda Türkiyə Prokurorluğu Epşteyn dosyesində ölkə ilə bağlı yer alan bütün məlumatları hüquqi qiymətləndirmədən keçirir. Araşdırmanın nəticələri barədə əlavə məlumatın veriləcəyi gözlənilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR