“Azərbaycan xüsusilə 44 günlük Vətən müharibəsindən sonra fəal xarici siyasət aparır. Bununla təkcə milli maraqlarını qorumaqla qalmır, beynəlxalq platformalarda da rolunu artırır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli bildirib.

“Müstəqilliyimizin ilk illərində Azərbaycan regional proseslərin obyektinə çevrilmişdisə, artıq subyekt kimi çıxış edir. Ölkəmizin regional və beynəlxalq miqyasda rolunun artması ilə onun orta güc olaraq rolunu daha da gücləndirir”, - deyə M.Məmmədli vurğulayıb.
Nigar Həsənli
Musavat.com






