İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nəticəni növbəti nəsil çıxaracaq" – Kreml rəsmisindən Böyük Britaniyaya silsilə atmacalar

518 24.06.2026 12:26 Dünya A A

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyadakı siyasi qeyri-stabilliyə və baş nazirlərin tez-tez dəyişməsinə kinayə ilə toxunaraq, London rəhbərliyini növbəti dəfə hədəf alıb.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Böyük Britaniyanın daxili siyasi xətti və qlobal proseslərin gələcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən rəsmi Londonun ünvanına səs-küylü və istehzalı bəyanat səsləndirib. Peskov iki ölkə arasındakı strateji müzakirələrə rəy bildirərək deyib: "Bizim toxunduğumuz mövzu – yəni əsrin ortaları, əslində, yalnız 25 ildən sonra gələcək. Bu isə bütöv bir nəsil deməkdir. Ona görə də hazırkı diskussiyanın yekun nəticələrini, yəqin ki, biz yox, məhz növbəti nəsil çıxaracaq".

Mətbuat katibi çıxışının davamında Böyük Britaniya hökumətində son illər yaşanan siyasi böhranlara və tez-tez baş verən istefalara eyham vuraraq istehzasını gizlətməyib: "Biz hətta bu 25 il ərzində Böyük Britaniyada neçə baş nazirin dəyişəcəyini belə indidən təxmin etmək və proqnozlaşdırmaq iqtidarında deyilik". 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR