İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ zəfəri və yeni status: Azərbaycan orta güc kimi tanınır FOTO

498 24.06.2026 12:09 Siyasət A A

“2003-cü ilə qədər Azərbaycanın xarici siyasəti balanslaşdırılmış hesab olunurdu. Ondan sonrakı dövrdə isə Azərbaycanı orta güc adlandırmaq olar”.

Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda BMTM-nin idarə heyətinin üzvü Cavid Vəliyev bildirib.

O xatırladıb ki, müstəqil xarici siyasət Azərbaycan üçün önəmli idi:

“Corc Buş dövründə Azərbaycandan istifadə etməyə çalışılırdı. Müstəqil siyasət sayəsində Azərbaycan bundan yan keçə bildi. Hücum diplomatiyası isə proaktiv siyasətin sinonimidir. Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra orta güc olduğunu sübut etdi. Azərbaycanın müharibədə əldə etdiyi uğur uzun illər apardığı siyasətin nəticəsi idi. Biz ağıllı gücü doğru şəkildə istifadə etdik və dünyaya bunu qəbul etdirməyə nail olduq. Azərbaycanın statusu Qarabağ zəfərindən sonra dəyişdi”.

Cavid Vəliyev vurğulayıb ki, regionda maraqları olan güclərin planları bitmir:

“Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən tranzit ölkəsinə çevrilib. Bu, özü ilə Azərbaycan üçün təhdidlər yaradıb. Bu baxımdan orta güc statusunu gücləndirmək önəmlidir”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR