İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə də daxil olmaqla 5 ölkə ilə bağlı XƏBƏRDARLIQ: Görünməmiş hadisələr...

968 09.04.2024 11:40 Dünya A A

Almaniyada yerləşən Maks Plank İnstitutunun "Review of Geophysics" elmi jurnalında dərc edilən araşdırması Türkiyə üçün gözlənilən təhlükəni bir daha ortaya qoyub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalara görə, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq.

Qeyd edilib ki, bölgədə temperatur artım sürəti qlobal orta göstəricidən təxminən iki dəfə yüksəkdir.

Məlumata görə, Türkiyə də daxil olmaqla, region ölkələrində qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağış kimi böhranlar yaşanacaq.

Belə ki, bölgədə əsrin sonuna qədər temperaturun 5 dərəcəyə qədər artacağı, xüsusilə yay aylarında görünməmiş yandırıcı istilərin olacağı təxmin edilir. Yağıntı miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək. Bölgədə yaşayan 400 milyon insan dağıdıcı təsirlərlə üzləşəcək. Suyun səviyyəsi artdıqca, sahilyanı ərazilər və əkinçilik sahələri bir çox yerlərdə yox olmaq təhlükəsi ilə üzləşəcək.

Hesabatda Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı da iqlim böhranından zərər çəkəcək ölkələr sırasına daxil edilib. Siyasi böhranların və münaqişələrin baş verdiyi regionda iqlim böhranı ilə mübarizə üçün ölkələrin bir araya gəlməsinin çətin olduğu qeyd edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR