İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə çeçen müxalifətçiləri deportasiya edir? – Rəsmi açıqlama

917 17.02.2024 19:51 Dünya A A

Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi respublikada yaşayan çeçen müxalifətçilərin qohumlarının, o cümlədən Çeçenistanın mərhum Prezidenti Cohar Dudayevin (1944-1996) qardaşı oğlu, 18 yaşlı Mansur Dudayevin deportasiya edilməsi planları barədə xəbərləri təkzib edib.

Musavat.com xəbər verir ki, qurum Türkiyədəki deportasiya mərkəzlərindən birində çəkildiyi iddia edilən nəşrləri və fotoşəkilləri həqiqətə uyğun olmayan adlandırıb:

“Müxtəlif elektron mediada spekulyasiya mövzusuna çevrilən fotoşəkillərin yoxlanılması nəticəsində onların Türkiyədəki deportasiya mərkəzlərinin heç birində çəkilmədiyi müəyyən edilib”.

“Çeçen qaçqınların deportasiyası planları” və onların İstanbuldakı deportasiya mərkəzində saxlanması ilə bağlı xəbərlər bir sıra KİV-lər, xüsusən də “Yeni Akit” qəzeti tərəfindən fevralın 13-də İnsan Haqları Dərnəyinin müvafiq bəyanatına istinadən yayılıb. Müxalifətdəki Səadət Partiyasından olan millət vəkili Səlcuk Özdağ Türkiyə parlamentini bu nəşrləri araşdırmağa çağırıb, deportasiya mərkəzlərini ziyarət edəcəyini vəd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR