İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə Olimpiya zəfərimiz belə qeyd olundu - FOTO

644 02.08.2024 10:53 İdman A A

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Olimpiya Evində avqustun 1-də Azərbaycan idmançılarının qələbəsinə həsr olunmuş görüş təşkil olunub.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycan Respublikasının Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayev, Olimpiya və dünya çempionları, Olimpiadada ölkəmizi təmsil edən idmançılar, məşqçilər, media nümayəndələri, müxtəlif ölkələrin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə XXXIII Yay Olimpiya Oyunlarının çempionları - cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev böyük sevinc və alqışlarla qarşılanıb, qələbələri münasibətilə təbrik ediliblər.

Tədbirin bədii hissəsində gənc müğənni Mərdan Bandın ifasında müxtəlif, bir-birindən maraqlı Azərbaycan musiqiləri səsləndirilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR