İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk siyasətçi: "Müharibə olsa, Rusiya Azərbaycanın tərəfində olacaq"

1046 13.09.2023 21:17 Siyasət A A

İsmail Cingöz "Ermənistan gələcəyi üçün Azərbaycanla sülhə məcburdur"

Son zamanlar Qafqazda vəziyyət, xüsusən də Qarabağda vəziyyət stabil deyil. Vəziyyətlı bağlı öz maraqları üçün tərəf duran ölkələr vəziyyəti daha çətinləşdirir. Siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan olduqca sıxışdırılmış vəziyyətdədir və hazırda onun xarici siyasəti belə uğursuzdur.

"Paşinyan nə edəcəyini bilməyəcək haldadır və xarici siyasəti də bu yöndə icra edir. Hər kəslə görüşərək, hər görüşdüyü ölkə liderinin fikrinə görə açıqlamalar verir. Paşinyan vəzifəyə gəldiyi gündən bu günə qədər açıq şəkildə bəyan edir ki, onun siyasəti məhz qərbyönümlüdür. Rusiya da haqlı olaraq buna sərt reaksiya bildirir. Paşinyan əvvəlcə Fransa, sonra da Amerika ilə "flört" ləşməyə başladı. Vəleşercesine dialoqları da bu şəkildədir. Hətta 11-20 sentyabr tarixləri ərəfəsində Amerika və Ermənistan ordusu nümayişkaranə şəkildə tətbiqat işləri aparırlar. Bu hal təbiidir ki, Rusiyanı məmnun etməz. Rusiya qədər bu vəziyyətdən məmnun olmayan bir ölkə də məhz İrandır. İran Amerika ordusunun orda olmasından çox narahatdır. Ən son Paşinyan Azərbaycana qarşı mübarizəsidə ABŞ-dan Azərbaycan əleyhinə çağırış da etdiki, Amerika ona dəstək olsun. Rusiya isə Amerika ordusunun qalıcı olmaması yönündə bəyanat verir. Belə bir qarışıq vəziyyətdə Türkiyə Ermənistantanın xarici siyasətindən narahatdır".

Türkiyəli mütəxəssis müharibə olarsa, Rusiyanın məhz Azərbaycanın yanında olacağı qənaətindədir:

"Gündəmin ən müzakirə edilən mövzularından biri də məhz savaş ehtimalıdır. Belə olarsa müharibədə Ermənistanın Amerika ordusu ilə birgə Azərbaycana müharibə etməsi gözləniləndir. Belə bir vəziyyətdə Rusiyanın Azərbaycan tərəfindən çıxış edəcəyi mütləqdir. Bu zamana qədər Ermənistanın maraqlarına uyğun hərəkət edən Rusiya, işin içinə Fransa və Amerika orduları girdiyindən bu yana, Azərbaycan tərəfində olacaq və qərbə qarşı çıxış edəcək. Mümkün variant budur. Hindistanın da bu ərəfələrdə Ermənistana verdiyi dəstə də gündəmdədir. Hindistan Ermənistana dəstəyini məhz İran üzərindən edir. Müharibə olarsa türk düşməni İranın öz maraqları üçün məhz Ermənistanın yanında olacağı şübhəsizdir. Amma istisnasız və istənilən halda Türkiyə qan bağı və can bağı bir olduğu Azərbaycanın yanında olacaq. Eyni zamanda Türk dövlətləri təşkilatları da daima Azərbaycanın yanındadır. Ermənistan anlamalıdır ki, onun gələcəyi və təhlükəsizliyi üçün Azərbaycanla sülh bağlaması mütləqdir. Azərbaycanla Türkiyə ilə normal dövlət münasibətləri üçün Ermənistan buna məcburdur. Qafqazda vəziyyəti qarışdırmaq istəyən dövlətlər də bilir ki, Zəfər hər zaman Azərbaycanın və Türkiyənin olacaq".

 

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR