İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türk Ocaqları" birliyi Türkiyə daxilindəki xain ziyalılara etiraz etdi

898 18.08.2023 21:37 Son xəbər A A

"Türk Ocaqları" birliyi Türkiyədə Azərbaycan əleyhinə bəyanat yayan və imzalayan ziyalılara etiraz edib. 

Xatırladaq ki, bu günlərdə Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisi Azərbaycan əleyhinə bəyanat verib.

Bəyanatda “Qarabağda ermənilərə 8 aydır blokada tətbiq edildiyi, guya "bölgənin ağır humanitar böhran ərəfəsində olduğu" göstərilib. Burada hətta ermənilərə hansısa “soyqırım” siyasətindən bəhs olunur. Bəyanatın sonunda BMT-dən Azərbaycana qarşı sanksiya tətbiq etmək, hətta hava yolu ilə humanitar dəhliz açmaq tələb olunub.

Bəyanatı imzalayanlar arasında kifayət qədər tanınmış isimlər də var. 

"Türk Ocaqları" birliyi bu duruma etinasız qalmayıb və etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir:

"Türklük düşməni olan xəyanət şəbəkəsini qinayırıq! 

Türklərin məruz qaldığı hücumlar, qırğınlar və insan haqları pozuntularında səslərini çıxarmayan, özlərini “bir qrup türk yazarı, siyasətçisi və hüquq müdafiəçisi” kimi təqdim edən bəzi insanlar Qarabağın azad edilməsindən narahat olduqlarını bildiriblər. Öz dövlətlərinə qarşı “beynəlxalq ictimaiyyətə” müraciət ediblər. 

Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türklərinə görə heç vaxt üzüntü ifadə etməyən, həmin qətliamı törədən erməni qüvvələrini heç vaxt qınamayan bu şəxslər utanmadan “Qarabağın erməni sakinlərinə qarşı soyqırım ehtimalı yaradan blokadadan” danışır. 

Bu türk, Türkiyə və Azərbaycan düşmənlərinin əslində Ermənistan xalqı, maraqları, Türkiyə və Azərbaycanla yaxşı münasibətlər tələb edən Qarabağda yaşayanlarla bağlı heç bir səmimi narahatlığı yoxdur.

Bütün düşmənçilikləri Türkiyə və Türk Millətinə qarşıdır. Türkiyənin güclənməsi, Türk dünyasının birləşməsi ehtimalının ipləri kənardan idarə edilən və maliyyələşən kütləni narahat etməsi təbiidir.

"Türk Ocaqları" olaraq bu xain şəbəkəni qınayırıq; Türk Millətinə hörmətlə bildiririk ki, Türkiyənin qardaş Azərbaycan dövləti ilə həmrəyliyini gücləndirmək bu kütləyə ən gözəl cavabdır".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR