İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dövlətlərinin media nümayəndələri Cümhuriyyət nazirinin abidəsini ziyarət etdilər - fotolar

558 31.03.2023 12:06 Gündəm A A

İstanbulda səfərdə olan azərbaycanlı jurnalistlər 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar 1921-ci il iyulun 18-də erməni-daşnak Misak Torlakyan tərəfindən qətlə yetirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirin xatirəsini yad ediblər.

Musavat.com xəbər verir ki, azərbaycanlı jurnalistlər Türk cümhuriyyətlərindən olan media mənsubları ilə birlikdə İstanbulun Taksim meydanı yaxınlığındakı "The Marmara Pera" otelinin qarşısındakı Behbud xan Cavanşirin xatirə lövhəsinin önünə toplaşıblar.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı məlumat verən Avropa.info xəbər portalının redaktoru Rəsul Mirhəşimli bu soyqırımın dəhşətləri və miqyası barədə Qırğızstan, Qazaxıstan və Özbəkistandan olan jurnalistlərə məlumat verib. Rəsul Mirhəşimli qeyd edib ki, erməni-daşnak Torlakyan tərəfindən qətlə yetirilən Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsidir. 1918-ci ilin mart qırğınları barədə danışan R.Mirhəşimli ermənilərin törətdiyi vandalizm aktları barədə jurnalist həmkarlarını məlumatlandırıb.

"Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy qeyd edib ki, ermənilər bu soyqırımı aktlarını təkcə Azərbaycanın şimalında deyil, Güney Azərbaycan şəhərlərində, eləcə də o tarixi ərazilərimiz olan Qərbi Azərbaycanda da törədiblər. Elşad Paşasoy bildirib ki, bu soyqırımların dəhşətləri dünyada baş verən bir çox vandalizm aktlarından da dəhşətli olub.

Orta Asiya cümhuriyyətlərindən olan jurnalistlər azərbaycanılara qarşı ermənilərin törətdiyi qırğınlar barədə faktları həssaslıqla, heyrətlə dinləyiblər və çalışdıqları mətbuat orqanlarında bu haqda məlumatlar yayacaqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin xatirə abidəsi 2019-cu ilin 18 dekabrında qoyulub. Abidə Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanıb.

İstanbulun tarixi bölgələrindən olan Beyoğlu rayonunda qoyulan abidə erməni terrorizminin ifşası baxımından tarixi əhəmiyyətə malikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR