İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək MÜHÜM SƏNƏD

551 04.04.2023 21:03 İqtisadiyyat A A

Milli Məclisin bu gün keçirilən iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, layihəyə əsasən, Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq.

Müzakirələrdən sonra “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

İclasda həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında beynəlxalq kombinə edilmiş yük daşımalarının həyata keçirilməsi də müzakirə edilib. Bu məsəıə “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun 4 üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda 5 üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənddə olmaqla doqquz Zirvə görüşü keçirilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qəbul olunan sənədi yüksək qiymətləndirib. “Bu Saziş Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi inteqrasiyanı daha da gücləndirəcək, bu regiondan keçən tranzit daşımaların həcmini artırmağa xidmət edəcək” - komitə sədri bildirib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR