İnsanlara hürriyət, millətlərə istiqlal!

Turistlərə məhsul sata bilməyən kişinin etdikləri hər kəsi şoka saldı - VİDEO

1093 06.11.2022 15:05 Hadisə A A

İstanbulda küçə ticarəti ilə məşğul olan şəxs masaj alətlərini sata bilmədiyi üçün turistlərə əsəbiləşib və onlara bıçaq çəkib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə küçədəki təhlükəsizlik kamerasına da düşüb. Oradan da göründüyü kimi, xırdavat satan şəxs hətta polisə də bıçaqla hücum etməyə çalışır. Həmin şəxs qısa zamanda zərərsizləşdirilərək nəzarətə götürülüb.

İfadəsi alınan şəxsin turistlərə masaj alətləri satmaq istədiyi, turistlərin onları almaq istəmədiyi, buna görə də turistlərə bıçaq çəkdiyi öyrənilib. Polis idarəsində "məmura müqavimət", "silahlı təhdid" maddələri ilə ittiham olunan Ferdi D. ədliyyəyə sövq edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR