İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərar verildi: Tramp-Kamala döyüşü olacaq! Debat bu tarixə təyin edildi

563 03.08.2024 09:42 Dünya A A

Tramp sentyabrın 4-də Kamala Harrislə debat keçirmək üçün Fox News ilə razılaşıb.

Musavat.com bu yeni gəlişməni ABŞ mediasına əsasən yayır.

Son günə qədər Tramp bu debatdan qaçırdı. Bunu da belə izah edirdi ki, onsuz da rəy sorğusunda birincidir, debata nə gərək var.

Bundan əvvəl, 27 iyunda CNN-də keçirilən məşhur debatda Tramp o zamankı rəqibi Baydeni darmadağın etmişdi. Lakin Kamala Harris üzərində belə asan qələbə gözlənilmir. Bir çox ekspertlər düşünür ki, yaşlı və xəstə Baydendən fərqli olaraq, Amerikanın qadın vitse-prezidenti Kamala Hariss nə danışdığını bilən, güclü polemist, təcrübəli və soyuqqanlı rəqibdir. Üstəlik, Trampdan da əhəmiyyətli dərəcədə gənc və sağlamdır.

Bu baxımdan, Trampın qarşıdakı debatdan "sağ" çıxıb, çıxmayacağı da bəlli deyil. Mümkündür ki, Tramp Bayden personası ilə nisbətdə qazandığı üstünlüyü ondan daha gənc olan Kamala Harrislə mübarizədə itirsin.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR