İnsanlara hürriyət, millətlərə istiqlal!

Haniyə sui-qəsdində ŞOK DETAL - 2 SEPAH agenti...

1065 03.08.2024 09:21 Gündəm A A

İsrail kəşfiyyat xidməti MOSSAD-ın göstərişi ilə iki SEPAH agenti Tehranda İsmayıl Haniyyənin qonaq evinə üç partlayıcı yerləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, partlayıcılardan biri uzaqdan aktivləşdirilib.

Xatırladaq ki, İsmayı Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Dünən o, Dohanın şimalında, Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR