İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Sülh Şurasına neçə ölkə razılıq bildirib?

1236 21.01.2026 11:10 Dünya A A

Ondan çox ölkə ABŞ prezidenti Donald Trampın təklif etdiyi Sülh Şurasında iştirakını təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumatı CBS News Ağ Evdəki mənbələrə istinadən yayıb. CBS News dəqiqləşdirib ki, indiyə qədər yalnız beş ölkə dəvəti açıq şəkildə qəbul edib: BƏƏ, Belarus, Mərakeş, Macarıstan və Kanada.

Ağ Ev bildirib ki, ölkələr iştirak müddətini üç ildən daimi üzvlüyə qədər uzatmaq üçün 1 milyard dollar ianə edə bilərlər.

Kanalın mənbələrindən birinə görə, bəzi ölkələr daha az məbləğdə, ehtimal ki, təxminən 20 milyon dollar ianə edəcəklər.

ABŞ rəsmilərindən biri kanala bildirib ki, Qəzza zolağının yenidən qurulması üçün vəsait ayrı toplanacaq. Başqa bir mənbə CBS News-a bildirib ki, Tramp cümə axşamı Davosda keçiriləcək Dünya İqtisadi Forumunda şura üçün imza mərasimi keçirmək istəyir.

Kanalın mənbələrindən birinə görə, Fransa hazırda ABŞ-a müsbət cavab vermək niyyətində deyil.

Financial Times qəzeti isə Britaniya Baş naziri Keir Starmerin də şuraya qatılmayacağına dair məlumat yayıb. Britaniya rəsmiləri nəşrə bildiriblər ki, Starmerin daimi üzvlük üçün haqq tələb edən təşkilata qoşulmaq niyyəti yoxdur. Bundan əlavə, Britaniya baş naziri Rusiya Prezidenti Vladimir Putinin şuraya dəvət olunmasından narahatdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR