İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın bu görüntüsü GÜNDƏM OLDU - VİDEO

949 09.06.2026 13:22 Dünya A A

ABŞ prezidenti Donald Tramp "Nyu-York Niks" və "San-Antonio" komandaları arasında keçirilən NBA pley-off mərhələsinin final oyununu izləyərkən yuxuya gedib.

Musavat.com xəbər verir ki, gözləri yumulu vəziyyətdə oturan Trampın həmin anları matçın canlı yayımına düşüb.

Bununla da Donald Tramp NBA finalını canlı izləyən ilk fəaliyyətdə olan ABŞ prezidenti kimi tarixə düşüb.

Nyu-Yorkda keçirilən seriyanın üçüncü qarşılaşması "San-Antonio"nun 115:111 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dörd qələbəyə qədər davam edən seriyada "Niks" hazırda 2-1 hesabı ilə öndədir. Seriyanın dördüncü oyunu iyunun 10-da Nyu-Yorkda baş tutacaq.

Xatırladaq ki, NBA-in son çempionu "Oklahoma" komandasıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR