İnsanlara hürriyət, millətlərə istiqlal!

Deniz Göktaşdan istintaq açıqlaması: "Mənə rəsmi bildiriş gəlməyib"

593 01.07.2026 00:44 Şou-biznes A A

Komediyaçı Deniz Göktaş son “Ölü Deniz” adlı stand-up çıxışı ilə bağlı yayılan istintaq iddialarına münasibət bildirib.

Göktaş sosial şəbəkə hesabında etdiyi açıqlamada ona bu mövzuda hələ rəsmi bir bildirişin çatmadığını deyib. O, məsələ ilə bağlı yalnız mediada yer alan xəbərləri gördüyünü, hər hansı rəsmi inkişaf olacağı təqdirdə ictimaiyyəti məlumatlandıracağını qeyd edib. Komediyaçı çıxışının hazırda YouTube platformasında yayımlandığını da bildirib.

Son günlər onun xaricə köçəcəyi ilə bağlı yayılan iddialara da aydınlıq gətirən Göktaş, Türkiyədən kənarda yaşamaq və ya stand-up fəaliyyətini xaricdə davam etdirmək kimi bir planının olmadığını vurğulayıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən yayılan açıqlamada isə sosial mediada paylaşılan bəzi məzmunlarda “cinayət tərkibli ifadələr” olduğu iddiası ilə komediyaçı haqqında istintaq başladıldığı bildirilmişdi.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR