İnsanlara hürriyət, millətlərə istiqlal!

Ucu-bucağı bilinməyən Rusiya təslim olur: Cəmi iki regiondan başqa

3774 30.06.2026 22:20 Dünya A A

Rusiyada yanacaq satışına qoyulan məhdudiyyətlər daha da genişlənir.

Musavat.com xəbər verir ki, Rusiyada benzinin satışına məhdudiyyət tətbiq olunmayan cəmi iki region – Kalmıkiya və Çukotka qalıb. Ölkənin digər bütün subyektlərində, eləcə də işğal altındakı Krım və Sevastopolda artıq yanacaq satışına limitlər tətbiq edilib və ya yanacaq alınması ilə bağlı problemlər olduğu bildirilir.

Üç regionda hakimiyyət artıq yüksək hazırlıq rejimi elan edib. Bəzi yerlərdə benzin talonla, bəzi bölgələrdə isə hər avtomobilə 15–30 litr həcmində satılır. Oryol vilayətində isə avtomobillərin dövlət qeydiyyat nişanının son rəqəminə uyğun yanacaq doldurulması qərara alınıb.

Qeyd olunur ki, məhdudiyyət tətbiq edilməyən son iki regionun da yaxın vaxtlarda ümumi tendensiyaya qoşula biləcəyi ilə bağlı ehtimallar səsləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR